Rusiyadan 540 soydaşımızın Azərbaycana keçidi təmin edildi

Hazırda oxunan: Rusiyadan 540 soydaşımızın Azərbaycana keçidi təmin edildi

63027

Rusiya-Azərbaycan sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və onların ailə üzvləri üçün Operativ Qərargahın müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 23-28 fevral tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, sərhəd buraxılışlarının həyata keçirilməsi üçün Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət işçi heyət Dağıstan Respublikasına ezam olunub.

İşçi heyətin üzvləri sərhədi keçmək istəyən Azərbaycan vətəndaşları və onların ailə üzvlərini qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.

Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 540 nəfərin  “Yaraq Qazmalar - Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycana qrup halında keçidi təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO