"Instagram"da söyüş yazan gənc HƏBS EDİLDİ

"Instagram"da söyüş yazan gənc HƏBS EDİLDİ

Hazırda oxunan: "Instagram"da söyüş yazan gənc HƏBS EDİLDİ

629909

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən və nalayiq ifadələr yazan daha bir nəfər həbs olunub.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, 18 yaşlı Rüstəm Şəkərov (şərti adla) “Instagram” sosial platformasında özünə məxsus “@mrbrulera” hesabında təhqiredici rəy yazıb.

Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.

Bu əməlinə görə, Rüstəm polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci ( internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Rüstəm Şəkərov bildirib ki, 8 ay əvvəl də təhqiredici rəylərinə görə polis əməkdaşları ona irad bildirib və profilaktik söhbət apararaq, xəbərdarlıq ediblər.

Lakin buna baxmayaraq, əməllərinə davam edib. Yekun olaraq, o, əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza verilməsini istəyib. Məhkəmənin qərarı ilə R. Şəkərov 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO