Gəncədə kişi oğlunun öldürüldüyü istixanada mühafizəçini bıçaqladı

Gəncədə kişi oğlunun öldürüldüyü istixanada mühafizəçini bıçaqladı

Hazırda oxunan: Gəncədə kişi oğlunun öldürüldüyü istixanada mühafizəçini bıçaqladı

629233

Gəncə şəhərində ata oğlunun qətlə yetirildiyi şirkətin mühafizəçisini bıçaqlayıb.

Bizim.Media xəbər verir ki, hadisə Gəncə şəhərindəki tərxun istixanasında baş verib.
Şəhər sakini, 1982-ci il təvəllüdlü Etibar Məmmədovun oğlu şəhər ərazisindəki tərxun istixanasında mübahisə nəticəsində bıçaqlanaraq qətlə yetirilib.

Hadisə şəxsi münasibətlər zəminində baş versə də, E.Məmmədov həmin istixananın sahibindən qisas almaq istəyib.

O, oğlunun yas mərasimindən sonra istixanaya hücum edərək, orada çalışanların iş rejiminə mane olmağa çalışıb. Şirkət rəhbərliyinin müraciətindən sonra E.Məmmədov polisə dəvət olunub və ona xəbərdarlıq edilib. Amma E.Məmmədov bu xəbərdarlığa məhəl qoymayıb, oğlunun qətlə yetirildiyi istixananın işləməsinə mane olmağa cəhd edib.

O, istixananın qarşısına gələrək oradakı fəhlələrə həmin yerdə işləməmələrini tapşırıb. Amma fəhlələr E.Məmmədova məhəl qoymayaraq işlərinə davam ediblər.

Bir neçə gündən sonra E.Məmmədov yenidən istixananın qarşısına gedərək fəhlələri həmin obyekti baykot etməyə çağırıb. Bu vaxt o, istixananın mühafizəçisi işləyən 1984-cü il təvəllüdlü Ziya Cəfərovla mübahisə edib. Mübahisə davaya çevrilib və E.Məmmədov üzərində gəzdirdiyi ov bıçağı ilə Z.Cəfərova iki zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 5 il azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO