Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Hazırda oxunan: Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

628744

Bakıda kişi gizli ikinci telefon işlədən arvadını döyüb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Binə qəsəbəsində, Sovxoz adlanan ərazidə qeydə alınıb.

42 yaşlı Səməd Muxtarov (şərti adla) yaşadıqları evdə arvadının gizli ikinci telefon işlətdiyini öyrənib. Səməd buna irad bildirəndə qadın telefonun rəfiqəsinə məxsus olduğunu deyərək, ərini aldadıb. Bu səbəbdən cütlük arasında yaranan mübahisə zamanı kişi yumruqla arvadının göz və bədəninin digər nahiyələrinə vuraraq, xəsarətlər yetirib.

Faktla bağlı Səməd Muxtarov polis tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib.

Zərərçəkən də həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Səməd Muxtarov məsuliyyətdən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO