Ukrayna prezidenti Volodimir Zelenski bir sıra sabiq nazir və idarə rəhbərlərini Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) tərkibindən çıxarıb.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, bu barədə dərc olunmuş rəsmi fərmanda qeyd olunub.
MTŞ-nin tərkibindən Ukrayna Silahlı Qüvvələrinin (USQ) sabiq baş komandanı Aleksandr Sırski, keçmiş müdafiə naziri Mixail Fyodorov, sabiq iqtisadiyyat naziri Aleksey Sobolev, keçmiş gəlirlər və vergilər naziri Aleksandr Klimenko, həmçinin Ukraynanın sabiq baş naziri Yuliya Sviridenko çıxarılıb.
Şuranın yenilənmiş tərkibinə isə USQ-nin yeni baş komandanı Mixail Drapatı, Ukraynanın baş naziri Sergey Koretski, daxili işlər naziri İvan Vıqovski, iqtisadiyyat və ətraf mühit naziri Aleksandr Kravçenko, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) birinci müavini Aleksandr Poklad, Ukraynanın ədliyyə naziri Denis Maslov və müdafiə nazirinin birinci müavini Yevgeni Xmara daxil edilib.
Ukrayna MTŞ-nin tərkibinin yenilənməsi ölkə rəhbərliyindəki kadr dəyişiklikləri ilə əlaqədar baş verib. Müdafiə naziri Mixail Fyodorovun istefasından sonra USQ-nin baş komandanı Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatov vəzifələrindən azad edilmiş, onların yerinə isə Mixail Drapatı və İqor Skibyuk təyin olunmuşdular.
Bizim.Media



































































































