Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

Hazırda oxunan: Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

628460

Qusar rayonunda əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədilə kəndlərdə elektrik şəbəkələrinin yenidən qurulması, o cümlədən onları enerji ilə təmin edən 110/35/10 və 35/10 KV-luq yarımstansiyalarının daha güclü və müasir avadanlıqlarla əvəz edilməsi işləri davam etdirilir. Bu istiqamətdə görülən əsaslı işlərdən biri də rayonun 68 kəndini, 1 qəsəbəsini və şəhərin bir hissəsini elektrik enerjisi ilə təmin edən 110/35/10 KV-luq yarımstansiyada aparılan yenidənqurma işləri ilə bağlıdır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov yarımstansiyada görülən işlərlə yerində tanış olub.
 

"Azərenerji" ASC-nin Xaçmaz Regional Elektrik Şəbəkəsi MMC-nin direktoru Rəşad Qasımov məlumat verərək bildirmişdir ki, aparılan işlər çərçivəsində yarımstansiyada mövcud olan gücü 10 MVA olan 2 ədəd transformator, hər birinin gücü 25 MVA olan 2 ədəd yeni və müasir transformatorla əvəz edilib. Nəticədə yarımstansiyanın ümumi gücü 2,5 dəfə artırılaraq rayonun artan enerji tələbatının ödənilməsi təmin olunub. Bundan əlavə, yarımstansiyada qapalı paylayıcı qurğu yenisi ilə əvəz olunub, 110 KV-luq açıq paylayıcı qurğunun ərazisi çəpərlənib və digər müasir avadanlıqlar quraşdırılıb, ərazi abadlaşdırılıb. Enerji təchizatının etibarlılığının artırılması məqsədilə "Qusar 110/35/10 KV" və "Qusar 35/10 KV" yarımstansiyalarını əlaqələndirən 2 dövrəli, 1 və 2 nömrəli "Qusar" hava elektrik verilişi xətləri çəkilərək istismara verilib.


Eyni zamanda yarımstansiyadan çıxan 35 KV-luq "Yuxarı Zeyxur" xəttinin açarında təmir-bərpa işləri aparılıb. Görülmüş işlərlə yanaşı növbəti mərhələlərdə yeni inzibati binanın tikintisi və digər görüləcək işlər barəsində fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, yuxarıda qeyd olunan 35 KV-luq xəttlərlə yanaşı, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı həm də bu yarımstansiya vasitəsilə qidalanan 16 ədəd 10 KV-luq xətt hesabına həyata keçirilir.

Qeyd olunmalıdır ki, digər sahələrdə də müvafiq tədbirlər davam etdirilir. Şəhərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində cari ildə büdcə vəsaiti hesabına əsaslı təmir olunacaq küçə və yollar üzrə satınalma prosedurları başa çatdırılmışdır.

Küçə və yolların növbəlilik əsasında təmiri və yenidənqurma işlərinə start verilmişdir. Cari ildə büdcə vəsaiti hesabına 11, büdcədənkənar vəsait hesabına 7 küçədə əsaslı təmir və asfaltlaşdırma işləri nəzərdə tutulub. Bununla əlaqədar rayon icra hakimiyyətinin başçısı şəhərin Kərim Kərimov küçəsində olub, görülməsi nəzərdə tutulan işlər haqqında məlumat alaraq müvafiq tapşırıq və tövsiyələrini verib.







Aytəkin Alxaslı, Bizim. Media, Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO