Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb.
Bizim.Media DİN-ə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu ərazisində zərərçəkənə məxsus "Subaru" markalı avtomobil oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən A.Həsənov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb.
Araşdırmalarla şübhəli şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:44 / 22.07.2026
Bakıda avtoyuma məntəqəsindən maşın qaçırdı, Kürdəmirdə TUTULDU
Hazırda oxunan: Bakıda avtoyuma məntəqəsindən maşın qaçırdı, Kürdəmirdə TUTULDU
Hazırda oxunan: Bakıda avtoyuma məntəqəsindən maşın qaçırdı, Kürdəmirdə TUTULDU
626846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































