BDU-da Ümumdünya Bioloqlar Gününə həsr olunmuş ustad dərsi keçirilib - FOTO

BDU-da Ümumdünya Bioloqlar Gününə həsr olunmuş ustad dərsi keçirilib - FOTO

Hazırda oxunan: BDU-da Ümumdünya Bioloqlar Gününə həsr olunmuş ustad dərsi keçirilib - FOTO

626293
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərovun 16 aprel - Ümumdünya Bioloqlar Gününə həsr olunmuş ustad dərsi keçirilib. 
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Fakültə dekanı Afət Məmmədova tələbələrə bioloq ixtisasının üstünlükləri, cəmiyyətə faydası barədə məlumat verib. Qeyd edib ki, bioloqlar canlı orqanizmləri və onların ətraf mühitlə qarşılıqlı əlaqəsini tədqiq edirlər. Afət Məmmədova daha sonra tələbələrə bioloq peşəsinin xüsusiyyətlərinə dair tövsiylər verib. 
 
Biologiya elmləri doktoru Aydın Əsgərov ustad dərsində tələbələri Azərbaycanın biomüxtəlifliyi, onun qorunması, geobotaniki tədqiqat metodları və s. barədə məlumatlandırıb. Müasir dövrdə bioloq ixtisasına verilən tələbləri izah edib. 
 
Daha sonra məruzəçi tələbə və əməkdaşların suallarını cavablandırıb. Dərsin sonunda fakültədə laboratoriya dərslərinin keçirilməsi barədə tələbələrin hazırladıqları videoçarx nümayiş etdirilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO