Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

Hazırda oxunan: Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

625898

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, son bir ay ərzində Bakı şəhərində polis orqanlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 199 fakt aşkar edilib.
 

Onlardan 192 fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7 fakt üzrə isə inzibati icraat aparılıb. Həmin faktlar üzrə 161 nəfər barəsində həbs və digər qətimkan tədbirləri seçilmişdir.


Nəticədə qanunsuz dövriyyədən 372 kiloqram 685 qram heroin, marixuana, tiryək, metadon, həşiş, metamfetamin olan narkotik vasitə və psixotrop maddə aşkar edilərək çıxarılıb.

Hazırda bu istiqamətdə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO