Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanıldı - FOTO

Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanıldı - FOTO

Hazırda oxunan: Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanıldı - FOTO

625660

Moldovanın aşağıbüdcəli aviaşirkəti "FLYONE" Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb.

Bu barədə Bizim.Media-ya Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata əsasən, yeni marşrut üzrə iyulun 16-da həyata keçirilən ilk reys Bakı aeroportunda qarşılanıb.
 

Bildirilib ki, Kişineu – Bakı – Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni marşrut Azərbaycan və Moldova arasında birbaşa hava əlaqələrini genişləndirərək sərnişinlər üçün daha rahat və əlçatan səyahət imkanları yaradır.


"FLYONE" aviaşirkətinin Bakı istiqamətində fəaliyyətə başlaması Heydər Əliyev Beynəlxalq Aeroportunun aviaşirkət portfelinin və beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.

Yeni reyslər Bakı ilə Kişineu arasında birbaşa hava əlaqələrinin gücləndirilməsinə və iki ölkə arasında mobilliyin artmasına töhfə verəcək.

Uçuş cədvəli, aviabiletlər və digər xidmətlərlə bağlı ətraflı məlumatı "FLYONE" aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür", - məlumatda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO