Ukraynalı əsgərləri xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

Ukraynalı əsgərləri xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

Hazırda oxunan: Ukraynalı əsgərləri xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

625280

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Azərbaycan əsilli hərbi qulluqçu Əminə Əli qızı Mehdiyevanın anım günüdür.

Bizim.Media xatırladır ki, Əminə Mehdiyeva 2025-ci il iyulun 9-da Dnepropetrovsk vilayətinin Sinelniki rayonu ərazisində yerləşən Novopavlivka istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Onun ölümü barədə məlumat Ukraynada yaşayan azərbaycanlı diaspor nümayəndəsi Anar Natiqoğlu tərəfindən ictimaiyyətə çatdırılıb.

1982-ci il təvəllüdlü Əminə Mehdiyeva Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş batalyonunun tibb məntəqəsində sanitar təlimatçısı kimi xidmət edib. O, cəbhənin ən təhlükəli istiqamətlərində yaralı hərbçilərin həyatını xilas etmək üçün fəaliyyət göstərib. Tibb işçisi olaraq döyüş meydanında yaralıların həyatını xilas edərkən həlak olub.

Əminə Mehdiyeva Ukraynanın ərazi bütövlüyü uğrunda həyatını itirən azərbaycanəsilli qadın hərbçilərdən biri kimi yadda qalıb.

Onun xatirəsi fədakarlığın, peşəsinə sədaqətin və insan həyatını qorumaq naminə göstərilən cəsarətin nümunəsi kimi yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO