Bakıda məktəbin həyətində BIÇAQLANMA

Bakıda məktəbin həyətində BIÇAQLANMA

Hazırda oxunan: Bakıda məktəbin həyətində BIÇAQLANMA

624629

Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb.

Bizim.Media “teleqraf.az”a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb.
 

2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.


Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO