Bu ilin yanvar-iyun ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 104 milyon 259,6 min manat olub.
Bizim.Media bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Hesabat dövründə xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği 4.361,3 min manat təşkil edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 08.07.2026
I yarımildə istehlakçılara geri qaytarılan ƏDV-nin MƏBLƏĞİ AÇIQLANDI
Hazırda oxunan: I yarımildə istehlakçılara geri qaytarılan ƏDV-nin MƏBLƏĞİ AÇIQLANDI
Hazırda oxunan: I yarımildə istehlakçılara geri qaytarılan ƏDV-nin MƏBLƏĞİ AÇIQLANDI
624006
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































