AZAL və “Sea Breeze” birgə lotereya kampaniyasına BAŞLAYIR

AZAL və “Sea Breeze” birgə lotereya kampaniyasına BAŞLAYIR

Hazırda oxunan: AZAL və “Sea Breeze” birgə lotereya kampaniyasına BAŞLAYIR

623999

Azərbaycan Hava Yolları və “Sea Breeze” sərnişinlər üçün yeni lotereya kampaniyasına start verir. “Səma və dəniz” adlı lotereya çərçivəsində AZAL Miles loyallıq proqramının iştirakçıları müxtəlif hədiyyələr, o cümlədən “Sea Breeze”də mənzil qazanmaq imkanı əldə edəcəklər.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, kampaniya 8 iyul–8 sentyabr 2026-cı il tarixlərini əhatə edir. Lotereyanın yekun tirajı isə 28 sentyabr 2026-cı il tarixində keçiriləcək.

Lotereyada iştirak etmək üçün sərnişinlərin AZAL Miles loyallıq proqramının üzvü olması və şəxsi kabinetdə yerləşdirilmiş xüsusi bölmədə kampaniyanın şərtləri ilə tanış olaraq iştiraklarını təsdiqləmələri kifayətdir.
 

İştirakçılar kampaniya müddətində müxtəlif əməliyyatlar həyata keçirərək lotereyada iştirak üçün şanslar əldə edə bilərlər. Bu şanslar AZAL Miles proqramına qoşulmaq, uçuş milləri toplamaq və ya istifadə etmək, eləcə də AZAL Miles nömrəsi ilə aviabilet almaq kimi fəaliyyətlərə görə verilir. Toplanan bütün şanslar iştirakçının şəxsi kabinetində yaradılmış xüsusi lotereya səhifəsində elektron şəkildə əks olunur.


Lotereya çərçivəsində ümumilikdə 100 qalib elektron qaydada təsadüfi seçim əsasında müəyyən ediləcək və nəticələr Azərbaycan Hava Yollarının rəsmi kommunikasiya kanalları vasitəsilə elan olunacaq. Qalib iştirakçılarla əlavə olaraq telefon zəngi və ya elektron bildiriş vasitəsilə əlaqə saxlanılacaq.

Stimullaşdırıcı lotereyada iştirak şərtləri və uduş fonduna daxil olan hədiyyələr ilə AZAL Miles şəxsi kabinetində tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO