Özbəkistan vətəndaşı Güzal Mamatova Bakıda həbs edilib.
Bizim.Media xəbər verir ki, özbək xanım yarım milyon manata yaxın dələduzluqda ittiham olunur.
İş materiallarında qeyd edilib ki, G.Mamatova qızıl alveri ilə məşğul olub. Lakin sonradan istiqamətini dəyişib. O, bir neçə nəfərin satış üçün verdiyi qızılları sataraq külli miqdarda pulu ələ keçirib.
Özbək satıcı zərərçəkmişlərin şikayətindən sonra polis əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Özbək mütəhim ittihamla razılaşmasa da, yekunda təqsirli bilinsə, 10 ilə kimi həbs edilə bilər. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:30 / 07.07.2026
Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
Hazırda oxunan: Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
Hazırda oxunan: Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
623862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































