Dünyanın ən bahalı şəhərləri - SİYAHI

Dünyanın ən bahalı şəhərləri - SİYAHI

Hazırda oxunan: Dünyanın ən bahalı şəhərləri - SİYAHI

623409

"Numbeo" xidməti dünyada yaşayış dəyərinə görə şəhərlərin yeni reytinqini dərc edib. 547 şəhəri əhatə edən siyahıda maraqlı nəticələr qeydə alınıb.

Bizim.Media xəbər verir ki, dünyanın ən bahalı şəhəri İsveçrənin Sürix şəhəridir.

İkinci pillədə Corctaun (Kayman adaları) qərarlaşıb.

Üçüncü yerdə isə yenə İsveçrənin Lütsern şəhəri yer alır.
 

İndeks hesablanarkən ərzaq məhsulları, kafe və restoranlarda qidalanma, nəqliyyat, kommunal xidmətlər və digər gündəlik xərclər nəzərə alınıb. Maraqlıdır ki, bu hesablamaya mənzil kirayəsi, ipoteka və daşınmaz əmlakın alış qiymətləri daxil edilməyib.


Reytinqə görə, Moskva siyahıda 307-ci yerdədir.

Dünyanın ən məşhur paytaxtları "ilk onluq"dan kənarda qalıb: Təl-Əviv 11-ci, London 24-cü, Paris 49-cu, Berlin isə 101-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO