Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO

Hazırda oxunan: Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO
623185
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatalada avtomobillərin toqquşması xəsarətlə nəticələnib.

Rayonun Yuxarı Tala kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "KIA" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar “VAZ-2106” markalı avtomobilin sürücüsü, Zaqatala rayonunun Çobankol kənd sakini, 1984-cü il təvəllüdlü Fuad Məmmədov, onun 2020-ci il təvəllüdlü azyaşlı övladı Yağmur Məmmədova, anası, 1959-cu il təvəllüdlü Ağsurə Məmmədova, həmçinin “KIA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əli Muxtarovdur.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilib və onların müalicəsi davam etdirilir. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO - foto 1
Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO - foto 2
Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO - foto 3

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO