Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı YANDIRDI

Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı YANDIRDI

Hazırda oxunan: Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı YANDIRDI

622949

Bakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasında baş verib.

Bakı şəhər sakini Oruc Vəliyev (ad və soyadı şərtidir) həmin mağazada sürücü kimi işləyib. O, təxminən üç il burada çalışdıqdan sonra obyektdə olan dizel yanacağını mağaza sahibindən gizli şəkildə satıb. Bunu öyrənən mağaza sahibi Oruc Vəliyevi işdən çıxarıb.

İşdən çıxarıldıqdan sonra başqa yerdə işləməyə başlayan Oruc Vəliyev keçmiş müdirindən qisas almaq qərarına gəlib. O, gecə saatlarında mağazaya gələrək kassadan 520 manatlıq qəpik pul, 201 manat kağız pul və 100 ABŞ dolları oğurlayıb.
 

Daha sonra obyektdə satış üçün saxlanılan benzini mağazanın elektrik sayğacının üzərinə tökərək alışdırıb. Nəticədə mağaza içərisindəki avtomobil ehtiyat hissələri ilə birlikdə tamamilə yanıb.


Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və faktla bağlı araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanğının Oruc Vəliyev tərəfindən törədildiyi müəyyən edilib və o saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Oruc Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO