Əhmədlidə sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini belə gizlədirlər - FOTO

Əhmədlidə sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini belə gizlədirlər - FOTO

Hazırda oxunan: Əhmədlidə sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini belə gizlədirlər - FOTO

622625

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Sarayevo küçəsində bəzi sürücülərin cərimədən yayınmaq məqsədilə avtomobillərinin dövlət qeydiyyat nişanlarını gizlətdiyi iddia olunur.

Bizim.Media xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə avtobus dayanacağı və piyada keçidinin yaxınlığında avtomobillərin qanunsuz şəkildə saxlanıldığı, sürücülərin isə müşahidə kameraları tərəfindən cərimələnməmək üçün baqaj qapağını qaldıraraq nömrə nişanını örtdükləri əks olunub.

Bildirilib ki, avtomobillər həmin ərazidə saatlarla qalır. Sürücülər isə ya yaxınlıqdakı obyektlərdə olurlar, ya da səkidə yığılıb söhbət edirlər.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, ərazidə müvafiq tədbir görülüb:


"Sözügedən ərazidə dayanma və durma qaydalarını pozaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasına 15 metrdən az məsafədə avtomobil saxlayan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb".




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO