Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi

Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi

Hazırda oxunan: Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
621956
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son sədr seçkisi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməyib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının son sədr seçkilərində yeganə namizəd kimi Əli İsa Cabbarovun namizədliyi irəli sürülmüş və onun sədr seçildiyi açıqlanmışdı.

Daha sonra seçkilərin nəticələri protokollaşdırılaraq təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndərilib.

Lakin nazirlik Əli İsa Cabbarovun sədr seçilməsini təsdiqləməyib, seçkilərin nəticələrini rədd edib. Bununla da Əli İsa Cabbarovun sədr seçilməsi rəsmiləşdirilməyib.
 

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son seçkilər zamanı qalmaqal yaşanmışdı. İttifaqın hazırkı katibi Əli İsa Cabbarov, qurumun sədri, Xalq artisti Rasim Balayevin vəfatından sonra bir sıra qanunsuzluqlara yol vermiş və bu əsasla qurumda Hesablama Palatası tərəfindən yoxlamalar aparılmışdı.


Əli İsa Cabbarov öz namizədliyini irəli sürərək sədr seçilmək istəsə də, ölkənin tanınmış kino xadimləri bəyanat yayaraq seçkiləri boykot etmişdilər. (Manset.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO