Baş nazirdən vergi ödəyiciləri ilə bağlı MÜHÜM QƏRAR

Baş nazirdən vergi ödəyiciləri ilə bağlı MÜHÜM QƏRAR

Hazırda oxunan: Baş nazirdən vergi ödəyiciləri ilə bağlı MÜHÜM QƏRAR

621576

Nazirlər Kabineti (NK) "Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən daxili nəzarət sisteminin qurulması və mümkün vergi riskləri barədə məlumatın, həmin risklərə nəzarət prosedurunun vergi orqanına təqdim edilməsi Qaydaları"nı təsdiq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Xatırladaq ki, üfüqi monitorinq bu ildən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən həyata keçirilir. Monitorinqin predmeti vergilərin bu Məcəlləyə uyğun olaraq düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətdən ibarətdir.
 

Transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatların araşdırılması digər vergi nəzarəti tədbirləri ilə aparılır və üfüqi monitorinqlə əhatə edilmir.


Həmçinin üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ili hesab olunur və başladığı tarixdən əvvəlki bir təqvim ilini əhatə edir. Üfüqi monitorinq bu Məcəllədə göstərilən vaxtda başlayır və 6 aydan gec olmayaraq başa çatır.

Əlavə araşdırma tələb edildiyi halda üfüqi monitorinqin keçirilməsi müddəti vergi orqanının qərarına əsasən iki aya qədər uzadıla bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO