18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

Hazırda oxunan: 18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

620288

Artıq temperatur yüksək olduğu üçün insanların sıx olduğu yerlərdə, xüsusilə ictimai nəqliyyatda kondisionerin, havalandırma sisteminin fəaliyyəti önəmlidir. Ancaq bəzi marşrutlarda bu əlçatanlıq təmin edilməyib. Bunlardan biri də 18 nömrəli marşrutdur.

Sərnişinlərdən Bizim.Media-ya edilən şikayətə görə, sözügedən marşrut xətti üzrə avtobusların əksəriyyətində kondisionerlər hələ də işə salınmayıb.

Məsələylə bağlı 18 nömrəli marşrutun məxsus olduğu “Xaliq Faiqoğlu” MMC-yə sorğu ünvanladıq.

Şirkətin mətbuat katibi Nizam Rzayev sorğumuza cavab olaraq bildirib ki, şirkətin istismarında olan marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən avtobusların 95 faizində hazırda kondisionerlər işlək vəziyyətdədir.
 

“Bəzi hallarda gün ərzində hər hansı nəqliyyat vasitəsində texniki problem, nasazlıq baş verə bilər. Bununla əlaqədar tərəfimizdən operativ texniki xidmət qrupları yaradılıb və həmin hallar dərhal aradan qaldırılır.


Texniki problem yaşanan avtobus xətdən kənarlaşdırılır və lazımi tədbirlər görülür. Yaxın günlərdə bütün avtobuslarımızda kondisionerlərin faisləsiz iş rejimində fəaliyyəti tam təmin ediləcək”,- deyə açıqlamada qeyd edilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO