Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video

Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video

Hazırda oxunan: Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video

619717

Fransanın Evian şəhərində keçirilən G7 Liderlər Zirvəsində maraqlı anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenskinin mikrofonları açıq qalıb.

Bu səbəbdən, ABŞ Prezidenti Donald Trampla bağlı söhbəti kameraların diqqətindən yayınmayıb.

“Hotel Royal”ın bağında gəzərkən qeydə alınan danışıq zamanı Makronun Trampla son görüşünü “çətin keçən görüş” kimi xarakterizə etdiyi eşidilib. O, həmçinin Zelenski ilə Tramp arasında görüşün təşkilinə kömək edə biləcəyini bildirib.

Zelenski görüşlə bağlı yekun təsdiqin verilmədiyini qeyd etsə də, Makron bu məsələdə dəstək olacağını vurğulayıb.

Qeyd edək ki, iyunun 15-17-də keçirilən G7 Zirvəsində qlobal təhlükəsizlik, Ukraynadakı müharibə və dünya iqtisadiyyatına dair məsələlər müzakirə olunur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO