Şəkidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Şimal-Qərb bürosu xəbər verir ki, axşam radələrində Şəki şəhəri ərazisində Baş Zəyzid kənd sakini, 27 yaşlı Sərdar Abdulmanovu avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər hazırda pasiyentin vəziyyətini orta-ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu





































































































