Yeniyetmə oğlanlar niyə süni intellektdən sevgili axtarırlar?

Yeniyetmə oğlanlar niyə süni intellektdən sevgili axtarırlar?

Hazırda oxunan: Yeniyetmə oğlanlar niyə süni intellektdən sevgili axtarırlar?

617562

Müasir gənclər arasında süni intellekt (Sİ) tərəfindən idarə olunan virtual sevgililərə maraq sürətlə artır.

Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın "Male Allies UK" təşkilatının 12-16 yaşlı 1000 oğlan arasında apardığı sorğu narahatedici rəqəmləri ortaya çıxarıb.

Araşdırmaya görə, yeniyetmələrin 85%-i artıq çat-botlarla ünsiyyətdə olub, 25%-dən çoxu isə botun diqqətini real insan münasibətlərindən üstün tutduğunu etiraf edib. Rəyi soruşulanların 58%-i virtual münasibətlərin daha asan olduğunu, çünki burada "söhbətə tam nəzarət edə bildiklərini" bildiriblər.
 

Ekspertlər qeyd edirlər ki, Sİ-partnyorlar 24/7 əlçatandır, heç vaxt mübahisə etmir və rədd edilmək qorxusu yaratmır. Bu səbəbdən gənclər real həyatın çətinliklərindən qaçaraq neyrosebətlərə sığınırlar. Statistikaya görə, "Z nəsli"ndən olan gənclərin 45%-dən çoxu real həyatda heç vaxt bir qızı görüşə dəvət etməyib.


Mütəxəssislər xəbərdarlıq edirlər ki, real münasibətlər yeniyetmələrə empatiya, münaqişələri həll etmək və uğursuzluqların öhdəsindən gəlmək kimi mühüm sosial bacarıqları öyrədir.

İnsan ünsiyyətini hər şeylə razılaşan Sİ ilə əvəz etmək gələcəkdə psixoloji uşaqlığa (infantilizm), dərin tənhalığa və gənclərin cəmiyyətdə normal adaptasiya ola bilməməsinə yol açacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO