Gürcüstan vətəndaşı olan jurnalist azərbaycanlı olduğu üçün Ermənistana buraxılmadı – FOTO

Gürcüstan vətəndaşı olan jurnalist azərbaycanlı olduğu üçün Ermənistana buraxılmadı – FOTO

Hazırda oxunan: Gürcüstan vətəndaşı olan jurnalist azərbaycanlı olduğu üçün Ermənistana buraxılmadı – FOTO

617233

Seçkiləri işıqlandırmaq üçün Ermənistana səfər etməyi planlaşdıran “CNN TV Caucasus” media resursunun çəkiliş qrupu Ermənistana buraxılmayıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, buna səbəb çəkiliş qrupunun rəhbəri, Gürcüstan vətəndaşı olan etnik azərbaycanlı İmran Eyvazovun komandada yer almasıdır.

Məlumata görə, çəkiliş qrupu Ermənistanda keçiriləcək seçkiləri işıqlandırmaq məqsədilə ölkəyə getməyi planlaşdırıb. Səfərdən əvvəl Ermənistanın Xarici İşlər Nazirliyi və Baş nazirin aparatı məlumatlandırılsa da, sərhəddə jurnalistlərin ölkəyə girişinə icazə verilməyib.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan İmran Eyvazov bildirib ki, sərhədçilər onların ölkəyə buraxılmaması ilə bağlı heç bir səbəb açıqlamayıblar:

“Lakin istisna etmirik ki, bu qərar mənim milli mənsubiyyətimlə bağlı ola bilər. Çünki Gürcüstan vətəndaşı olmağıma baxmayaraq, etnik azərbaycanlıyam. Səfərimizin məqsədi yalnız seçkiləri müstəqil və obyektiv şəkildə işıqlandırmaq idi”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO