Səidə uşaqlarının gözü önündə qətlə yetirilib – Qaçıb qonşulara xəbər veriblər

Səidə uşaqlarının gözü önündə qətlə yetirilib – Qaçıb qonşulara xəbər veriblər

Hazırda oxunan: Səidə uşaqlarının gözü önündə qətlə yetirilib – Qaçıb qonşulara xəbər veriblər

617083

Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə hadisə yerindən qaçıb.

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, 15 yaşlı yeniyetmə Anar Əzizovun psixoloji problemlərinin olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən A.Əzizovun ailəsi Rusiyada yaşayır və o, bir müddətdir ki, dayısının evində qalırdı. Hadisə baş verən vaxt onun dayısı evdə olmayıb.

İlkin məlumata görə, A.Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı, S.Cəfərovaya hücum edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın elə yerindəcə həyatını itirib.
 

Qanlı hadisə vaxtı evdə mərhumun iki azyaşlı övladı da olub. Məhz onlar qaçaraq qonşulara qətl barədə məlumat veriblər.


Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO