Rüşvətə görə həbs edilən məmurlardan yeni XƏBƏR VAR

Rüşvətə görə həbs edilən məmurlardan yeni XƏBƏR VAR

Hazırda oxunan: Rüşvətə görə həbs edilən məmurlardan yeni XƏBƏR VAR
614489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ali Məhkəmədə rüşvət almada təqsirləndirilən Cəlilabad şəhər bələdiyyəsinin sabiq sədri Mehdi Kərimov, eks-baş memar Sahil Qənbərlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bizim.Media xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti araşdırılır.

Qeyd: M.Kərimov və S.Qənbərli Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. Onların əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübələr müəyyən edilib.
 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Qənbərli 8 il və M.Kərimov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO