Bu gün Əkizlərdən EHTİYATLI olun – Ciddiyə alınacaq MƏQAMLAR

Bu gün Əkizlərdən EHTİYATLI olun – Ciddiyə alınacaq MƏQAMLAR

Hazırda oxunan: Bu gün Əkizlərdən EHTİYATLI olun – Ciddiyə alınacaq MƏQAMLAR

614085

Əlamətlərə inanmaq xürafat hesab olunsa da, ən azından diqqətə alınacaq bəzi məqamlar var. Çünki bu əlamətlər illərdən bəri təcrübədən keçərək, xalqın yaddaşında toplanır.

Beləliklə,Bizim.Media bu gün – 19 mayda nə etmək olar-olmazları toplayaraq təqdim edir:

Gün boyu çox işləmək yorğunluq gətirsə də, bu gün üçün dəyər. Çünki bu gün çox işləmək il boyu səhhəti yaxşılaşdırmağa xidmət edir.

Əgər bu gün yağış yağarsa, yağışın suyu ilə üzü yumaq dərinizi təravətləndirər.

Bu gün sədəqə vermək sizə bərəkət gətirəcək.

Bu gün yeni tanışlıq, xüsusən də görüşə çıxmağın sonu şad xəbərlərlə nəticələnə bilər.

Qismətin açıldığı gündür.

Bəs bu gün fələyi qəzəbləndirəcək nələri etmək olmaz?

Yeni paltar və ayaqqabı almaq olmaz, onları geyinib “primerka” eləmiş insanların xəstəliklərini almaq riskiniz var.

Otları tapdalamaq, xüsusən də üzərində şeh varsa olmaz, şansı ürküdər.

Mübahisə etməyin, yoxsa bu münaqişəyə çevrilib il boyu uzanacaq.

Hazırda zəhmətkeş Buğa bürcləri özlərinə ad günləri keçirsələr də, ay fazası Əkizlərə qalxır.
 

Hətta bu gün qalxmanın pik nöqtəsidir. Odur ki, taxtı ələ keçirən Əkizlərlə ehtiyatlı olmaz lazımdır. Düzü, onlarla hər zaman ehtiyatlı davranmaq gərəkdir, çünki istənilən mübarizədən qalib çıxmağı bacaran və ona meydan oxuyanları unutmayan bu şanslı bürclər zodiakın ən çətin və ən dikbaş bürclərindəndir. Ancaq bu gün ümumiyyətlə çalışın Əkizlərin sağına-soluna keçməyəsəniz. Gözünə pis dəyəni “qara siyahı”ya ata bilər.


Əkizlərin özləri üçünsə sınaq günüdür. Bu gün nəfsini qoruya bilməyən, xüsusilə də qadağaları pozan, haram tutan, zina edən Əkizlər də Tanrının “qara siyahı”sına düşəcəklər. Dişini sıxıb dözən Əkizləri isə vasvasılıq yoracaq, enerjisi tükənəcək.

Buna görə də, günortadan sonra əhvalları pisləşə bilər, lakin bu da müvəqqətidir, çünki sonda şeytana qalib gəlmək var.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO