Vüqar Qurbanova AĞIR İTKİ - FOTO

Vüqar Qurbanova AĞIR İTKİ - FOTO

Hazırda oxunan: Vüqar Qurbanova AĞIR İTKİ - FOTO

613774

Zaqatalanın tanınmış pedaqoqu, yüzlərlə yeniyetmə və gəncin riyaziyyat müəllimi olmuş Xalisət Qurbanova vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Xalisət Qurbanova həm də TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun anası olub.

Şagirdlərinin sözlərinə görə, Xalisət müəllim yalnız peşəkar riyaziyyat müəllimi kimi deyil, həm də nümunəvi rəhbər, qayğıkeş ana və yüksək insani keyfiyyətlərə malik bir insan kimi yadda qalıb.

Onun vəfatı Zaqatala ictimaiyyəti və yetirmələri tərəfindən böyük üzüntü ilə qarşılanıb.

Dəfn bu gün Zaqatalada baş tutacaq.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO