15 yaşlı qızı avtomobillə vurub, hadisə yerindən QAÇDI

15 yaşlı qızı avtomobillə vurub, hadisə yerindən QAÇDI

Hazırda oxunan: 15 yaşlı qızı avtomobillə vurub, hadisə yerindən QAÇDI

613136

Gəncədə naməlum avtomobil 15 yaşlı qızı vurub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Totanlı qəsəbəsində baş verib.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 2011-ci il təvəllüdlü Z.Paşalını vurub.

Zərərçəkən yaxınları tərəfindən Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.

İlkin məlumata görə, hadisəni törədənı sürücü oradan uzaqlaşıb. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Faktla araşdırma davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO