Uşaqlarına görə dalaşan valideynlər arasındakı bıçaqlanmanın- Təfərrüatı

Uşaqlarına görə dalaşan valideynlər arasındakı bıçaqlanmanın- Təfərrüatı

Hazırda oxunan: Uşaqlarına görə dalaşan valideynlər arasındakı bıçaqlanmanın- Təfərrüatı

612144

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda məktəblilər arasında mübahisəyə valideynlər də qarışıb, nəticədə onlardan biri ağır xəsarətlər alıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisə bıçaqlanmanı törətməkdə şübhəli bilinən Nicat Cəbiyevin evinin qarşısında qeydə alınıb.
 

Belə ki, dünən məktəbdə Nicat Cəbiyevin 9-cu sinifdə oxuyan övladı ilə həmkəndlisi İlqar Quliyevin 5-ci sinif şagirdi olan övladı arasında münaqişə baş verib. Bundan sonra 5-ci sinifdə oxuyan məktəbli evə gedərək ondan 4 yaş böyük şagirdin onu döydüyünü bildirib. Buna əsəbiləşən İ.Quliyev həmin yeniyetmənin yaşadığı evə gedib və mübahisə yaranıb.


Mübahisənin münaqişəyə keçməsi ilə 9-cu sinif şagirdinin atası N.Cəbiyev bıçaq götürərək İlqara hücum edib. O, bıçaqla həmkəndlisinə çoxsaylı zərbələr endirib.

Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.

Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO