Tikintidə işçiləri müqaviləsiz çalışdıranlar CƏRİMƏLƏNDİ

Tikintidə işçiləri müqaviləsiz çalışdıranlar CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Tikintidə işçiləri müqaviləsiz çalışdıranlar CƏRİMƏLƏNDİ
611892
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il tikinti obyektlərində keçirilmiş 39 səyyar yoxlama zamanı 1.047 işçidən 75-nin əmək münasibətlərinin müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən fəaliyyətə cəlb olunduğu aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əks olunub.
 

Qeyd edilib ki, nəticədə bir işəgötürən fiziki şəxs barəsində 18  toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 18-i haqqında ümumilikdə 92.200 manat məbləğdə inzibati cərimə tətbiq edilib.


Yoxlamalar bu sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO