Qaxda hasar uçdu: şəhər və 4 kəndin qazı kəsildi - FOTO

Qaxda hasar uçdu: şəhər və 4 kəndin qazı kəsildi - FOTO

Hazırda oxunan: Qaxda hasar uçdu: şəhər və 4 kəndin qazı kəsildi - FOTO

611821

Mayın 7-də günün ikinci yarsından sonra Qax şəhəri ərazisindən keçən qaz xəttinin üzərinə daş divarın uçması mütəxəssisləri bu qərarı vermək məcburiyyətində qoyub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax şəhəri, Vidadi küçəsində D108 mm-lik orta təzyiqli qaz xəttinin üzərinə daş divarın aşması nəticəsində Qax şəhərinin bir hissəsi, eləcə də Qaxingiloy, Qaxbaş, Ağçay və İlisu kəndlərində qazın verilişində fasilə yaranıb.
 

Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunaraq daş divarın qalıqları ərazidən təmizlənib.


Eyni zamanda təhlükəsizlik məqsədi ilə boru xəttində sızmanın baş verib vermədiyini dəqiqləşdirmək üçün iş aparılır.

Hazırda ərazidə işlər davam etdirilir. Tədbirlər başa çatan kimi mavi yanacağın verilməsi bərpa olunacaq.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO