WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

Hazırda oxunan: WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

611395

Səhər saatlarında Şəkidə maarifləndirmə-tanıtım təqdimatı ilə startı verilən WUF13 Festivalı axşam radələrində Xalq şairi Bəxtiyar Vahabzadənin adını daşıyan parkın qarşısında ictimai proqramla davam edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, festivalın axşam proqramının əvvəlində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək, tədbir iştirakçılarına festivalın məqsədi, əhatə dairəsi və tədbir proqramı haqqında geniş məlumat verib.
 

Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.


Xatırladaq ki, WUF13 çərçivəsində növbəti festivallar Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıt şəhərlərində keçiriləcək.

Festivala mayın 13-də Bakı şəhərində Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında yekun vurulacaq.












Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO