WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO

WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO

Hazırda oxunan: WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO
611170
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə Qəbələ şəhərində WUF13 Festivalında minlərlə yerli sakin və qonaq iştirak edib.

Bizim.Media xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyasında Mərkəzin müəllim və tələbə heyəti iştirak edib.

Tədbirdə çıxış edənlər WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13 Festivalı haqqında geniş məlumat təqdim olunub, eyni zamanda Forumun ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb. Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.

Festivalın axşam proqramı isə Qəbələ şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında davam etdirilib.

“WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Qəbələ sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib, gecələrini mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu diqqətə çatdırıb.

Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO - foto 1
WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO - foto 2
WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO - foto 3
WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO - foto 4
WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO - foto 5
WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO - foto 6
WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO - foto 7
WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO - foto 8


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO