Naxçıvan MSK-nın vəzifələri artırılır

Naxçıvan MSK-nın vəzifələri artırılır

Hazırda oxunan: Naxçıvan MSK-nın vəzifələri artırılır

611149

"Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında" Qanuna dəyişiklik olunur.

Bizim.Media xəbər verir ki, sözügedən məsələ Ali Məclisin mayın 6-da keçiriləcək gündəliyinə daxil edilib. Layihəyə əsasən, Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının vəzifələri artırılır.
 

Sənəddə qeyd olunur ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikası Konstitusiyasına uyğun olaraq Naxçıvan Ali Məhkəməsinə müraciət edəcək.


Naxçıvan Konstitusiyasında qeyd edilir ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Ali Məclisə seçkinin keçirilməsini mümkün etmədikdə qanunverici orqanın çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır.

Bu barədə qərar Naxçıvanda seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Naxçıvan Ali Məhkəməsi tərəfindən qəbul edilir. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO