“Space”in yeni baş direktoru Ayaz Mustafayev kimdir? – DOSYE

“Space”in yeni baş direktoru Ayaz Mustafayev kimdir? – DOSYE

Hazırda oxunan: “Space”in yeni baş direktoru Ayaz Mustafayev kimdir? – DOSYE

611093

Xəbər verdiyimiz kimi, Ayaz Mustafayev "Space" televiziyasının baş direktoru vəzifəsinə təyin olunub.

Bizim.Media Ayaz Mustafayevin dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

"Space" TV-nin yeni baş direktoru o təyin edildi


Ayaz Mustafayev 1986-cı ildə Mingəçevir şəhərində anadan olub. 

2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alaraq, oranı fərqlənmə diplomu ilə bitirib.

2010–2011-ci illərdə Malta Universitetinin nəzdində fəaliyyət göstərən Aralıq Dənizi Diplomatik Akademiyasında “Diplomatiya” ixtisası üzrə magistr təhsili alıb. Eyni zamanda ADA Univetsitetinin “Advanced Foreign Service Program”ının məzunudur. 

Əmək fəaliyyətinə 2009-cu ildə başlayan Ayaz Mustafayev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində müxtəlif yüksək vəzifələrdə çalışıb. Daha sonra isə Böyük Britaniyadakı əmək fəaliyətini İctimai Televiziyanın və AZTV-nin London bürosunda davam etdirib. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb.

Son olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifədə çalışıb. 

Müxtəlif ölkələrdə beynəlxalq təcrübə qazanmış Ayaz Mustafayev peşəkar inkişafı çərçivəsində bir sıra ixtisasartırma proqramlarında iştirak edib və sertifikatlar əldə edib. Bunlara Young Diplomats Forum (London), həmçinin insan resurslarının və layihələrin idarə olunması üzrə təlim (Sinqapur Xarici İşlər Nazirliyi) daxildir. 

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, "Space" TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.

Xatırladaq ki, Ayaz Mustafayevin təyinatı ilə bağlı ilk xəbəri “manset.az” saytı yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO