Gəncədə məktəblilər arasında baş verən insident zamanı xəsarət alan şəxsin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib.
Bizim.Media-nın yerli bürosuna Gəncə Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 30.04.2026-cı il tarixində saat 00:40 radələrində 2011-ci il təvəllüdlü oğlan Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına yerləşdirilib.
“Döş qəfəsinin kəsilmiş yarası diaqnozu qoyulan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”, - deyə məlumatda bildirilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:36 / 30.04.2026
Davada xəsarət alan şagirdin SON DURUMU
Hazırda oxunan: Davada xəsarət alan şagirdin SON DURUMU
Hazırda oxunan: Davada xəsarət alan şagirdin SON DURUMU
610308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































