SON DƏQİQƏ! 69 mini mənimsəyib Türkiyəyə qaçan məktəb direktoru Azərbaycana ekstradisiya OLUNDU

SON DƏQİQƏ! 69 mini mənimsəyib Türkiyəyə qaçan məktəb direktoru Azərbaycana ekstradisiya OLUNDU

Hazırda oxunan: SON DƏQİQƏ! 69 mini mənimsəyib Türkiyəyə qaçan məktəb direktoru Azərbaycana ekstradisiya OLUNDU

610127

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
 

MÖVZU İLƏ BAĞLI: 

Azərbaycanda məktəb direktoru 69 min mənimsəyib Türkiyəyə qaçdı - TUTULDU


Bizim.Media xəbər verir ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və yeri Türkiyə Respublikasında müəyyən edilən daha bir şəxsin aprelin 29-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2018-ci ildən etibarən bir qrup vətəndaşı müvafiq vəzifələrə təyin etdirmək və ya işə düzəltmək adı ilə aldadaraq onlardan müxtəlif məbləğlərdə pul vəsaiti almaqla və vətəndaşların etibarından sui-istifadə etməklə, ümumilikdə 69 000 (altmış doqquz min) manat məbləğində pul vəsaitini mənimsəyərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Hüseynova Sevinc Əlisafa qızının yeri Türkiyə Respublikasında müəyyən olunub və o, həbs edilib.
 

Baş Prokurorluğunun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmda mövcud olan nüfuzunun və Türkiyə Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.


Hüseynova Sevinc Əlisafa qızı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyə Respublikasının Antalya şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO