İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

610074

Xəbər verdiyimiz kimi, Gəncə şəhər 20 nömrəli tam orta məktəbdə azyaşlı şagirdlər arasında xoşagəlməz hadisələrin baş verdiyi iddia olunur.

Belə ki, Çimnaz Məmmədova 2-ci sinifdə təhsil alan iki nəvəsinin mütəmadi olaraq 4-cü sinif şagirdi tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə məktəbə şikayət edib. Onun iddiasına əsasən, sonuncu belə hadisə ötən gün baş verib və şagirdlərdən biri sanitar qovşaqda zorakılığa məruz qalıb. Nəticədə uşağın ayaqlarında sıyrıqlar, cızıqlar və hematomalar yarandığı bildirilir.

Həmçinin iddia olunur ki, bu, ilk belə hal deyil və əvvəlki insidentlərdən sonra şagirdlərdən birinin gözündə infeksiya yaranıb.

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin mətbuat katibi Raminə Məmmədova açıqlamasında bildirib ki, hadisə ehtiyasızlıqdan baş verib:

"Qeyd olunan məsələ ilə əlaqədar məktəbdə müvafiq araşdırma aparılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, hadisə aprelin 27-də tənəffüs zamanı məktəbin həyətində şagirdlərin bir-birini ehtiyatsızlıqdan itələməsi nəticəsində baş verib. Bununla yanaşı qeyd edirik ki, şagirdlərlə məktəbin psixoloqunun iştirakı ilə fərdi söhbətlər aparılıb, eləcə də məktəblilərin valideynlərinə mövcud vəziyyət ətraflı izah edilib. Qeyd edirik ki şagirdlərin sağlamlığı və təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır".

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO