Qaxda şəhid anası vəfat etdi - FOTO

Qaxda şəhid anası vəfat etdi - FOTO

Hazırda oxunan: Qaxda şəhid anası vəfat etdi - FOTO

610030

Qax rayonunun Almalı kənd sakini, şəhid anası Səmayə Əliyeva vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidi Nail Əliyevin anası 75 yaşında dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, Səmayə Əliyeva uzun müddət xəstəlikdən əziyyət çəkib.

Qeyd edək ki, Nail Əliyev 1975-ci il mayın 6-da Qax rayonunun Almalı kəndində anadan olub. O, 1981-ci ildə Almalı kənd orta məktəbinin I sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirib.

Nail Əliyev 1993-cü ildə hərbi xidmətə çağırılıb. Qarabağ uğrunda gedən döyüşlər zamanı Tərtər istiqamətində hərbi əməliyyatlarda iştirak edib.

O, 1993-cü il dekabrın 25-də qəhrəmancasına şəhid olub və doğulduğu Almalı kəndində dəfn edilib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO