Canlı yayımda təhqiramiz ifadələr işlədən tiktoker həbs edildi

Canlı yayımda təhqiramiz ifadələr işlədən tiktoker həbs edildi

Hazırda oxunan: Canlı yayımda təhqiramiz ifadələr işlədən tiktoker həbs edildi

609726

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, "TikTok" sosial şəbəkəsində canlı yayımda təhqiramiz ifadələr səsləndirən 23 yaşlı Süleyman Məmmədov saxlanılıb.

Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

Müvafiq qərarla S.Məmmədov 15 gün müddətinə inzibati qaydada həbs olunub. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO