Natiq Məmmədli: “Azərbaycan mediası WUF13-ün çağırışlarına peşəkarcasına cavab verəcək”

Natiq Məmmədli: “Azərbaycan mediası WUF13-ün çağırışlarına peşəkarcasına cavab verəcək”

Hazırda oxunan: Natiq Məmmədli: “Azərbaycan mediası WUF13-ün çağırışlarına peşəkarcasına cavab verəcək”
609603
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“COP29 zamanı Azərbaycan mediasına çoxsaylı istinadlar olunub. Media nümayəndələrimiz bütün çağırışlara peşəkarcasına cavab verərək qarşıya qoyulan vəzifələri uğurla icra ediblər”.

Bizim.Media xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
 

O qeyd edib ki, WUF13-lə bağlı da qarşıda duran vəzifələr dəyişməz qalır. “Bizim əsas hədəfimiz məlumatları keyfiyyətli, düzgün və operativ şəkildə dünya ictimaiyyətinə çatdırmaqdır. Çünki Azərbaycanın şəhərsalma sahəsində tutduğu mövqe və həyata keçirdiyi layihələr beynəlxalq ictimaiyyət üçün böyük maraq kəsb edir. 


Xüsusilə qeyd olunmalıdır ki, ölkəmiz Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir, şəhərlərimizi müasir və dayanıqlı prinsiplər əsasında yenidən qurur. 

Bu, Azərbaycanın dünyaya təqdim edəcəyi mühüm hekayədir.

WUF13 isə bu hekayəni beynəlxalq auditoriyaya çatdırmaq üçün ideal platforma olacaq”,- deyə Natiq Məmmədli vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO