Məleykə Abbaszadə: “Dinləmə mərhələsinə görə DİM-ə təzyiqlər oldu”

Məleykə Abbaszadə: “Dinləmə mərhələsinə görə DİM-ə təzyiqlər oldu”

Hazırda oxunan: Məleykə Abbaszadə: “Dinləmə mərhələsinə görə DİM-ə təzyiqlər oldu”
609597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Xarici dil imtahanlarına ilk dəfə dinləmə mərhələsi salındıqda Dövlət İmtahan Mərkəzinə təzyiqlər oldu".

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə qeyd edib:

"Təbii ki, xarici dil imtahanında dinləmənin salınması yeni bir komponent olduğu üçün bizə kifayət qədər təzyiq oldu ki, bunlar dərsliklərdə yoxdur, məktəblərdə linqafon otaqları yoxdur.

Ancaq bu, çox kifayət qədər gülünc arqument idi. Telefon varsa, ingilis dilini eşitmək üçün linqafon kabinetlərinə ehtiyac yoxdur. İndi də imtahandan sonra  dinləmə mərhələsiylə bağlı "pis eşitdik", "tez-tez danışdılar" kimi sözlər deyilir. Ancaq dili başa düşməyən  dinləməni eşitmədiyini düşünəcək. Biz yalnız dinləyə-dinləyə nəyisə anlaya bilərik".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO