300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

Hazırda oxunan: 300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

609001

Bir ailə iki möhtəşəm xəbər aldı. Əkiz bacılardan biri buraxılış imtahanının maksimum 300 balını, digəri isə 266,7 bal toplayaraq ən yüksək nəticə göstərmiş oldular.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, hər iki yüksək nəticə göstərən bacılar Mingəçevir şəhər sakinləridirlər.

Tam 11 illik orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının bu gün nəticələri açıqlanıb.

Nəticələr açıqlandıqdan sonra məlum olub ki, Məcidovlar ailəsinin iki qızı - Məcidli Burlaxatın Bəhruz qızı 300, əkiz bacısı Banu Məcidli 266,7 bal toplayaraq rayon adını zirvəyə daşıyıblar.

Atası Bəhruz Məcidovun Bizim.Media-ya verdiyi məlumata görə, qızlarının xəbərini aldıqdan sonra sevincinin həddi hüdudu yoxdur və hər zaman övladlarının arxasındadır.
 

"Qızlara hər zaman oxumaları üçün dəstək vermişəm. İnanın ki, sevincimin hədd-hüdudu yoxdur. Mən hər zaman övladlarımın arxasında olmuşam, onlara dəstək göstərmişəm və bundan sonra da dəstəyimi əsirgəməyəcəyəm. Çalışıram ki, öz gücüm çatan qədər onlara yardım edim ki, onlar vətənimizin layiqli övladları kimi yetişsinlər. Mən qızlarımı çox sevirəm ”, - deyə Məcidov hisslərini paylaşıb.


Bəhruz müəllimin sözlərinə görə, qızlara bu şad xəbəri ilk dəfə özü çatdırıb. Onu da qeyd edib ki, qızlardan biri Burlaxatın tanınmış memar, digəri Banu isə hüququ oxuyaraq prokuror olmaq arzusundadırlar.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO