Sevil Mikayılova yüksək vəzifəyə təyin olundu

Sevil Mikayılova yüksək vəzifəyə təyin olundu

Hazırda oxunan: Sevil Mikayılova yüksək vəzifəyə təyin olundu

607205

Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandan olan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova IPU-da yüksək vəzifəyə təyin edilib.

Bizim.Media xəbər verir ki, o, IPU-nun Gender Əməkdaşlığı Komitəsinin sədri seçilib.

Komitənin tərkibinin müəyyənləşməsi üçün seçkilər İstanbulda keçirilən IPU-nun 152-ci Assambleyası çərçivəsində baş tutub. Komitə təşkilat daxilində gender islahatlarına nəzarəti həyata keçirir və bu sahədə qlobal miqyasda təşəbbüslərlə çıxış edir.
 

Xatırladaq ki, deputat Sevil Mikayılova Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, IPU-nun 152-ci Assambleyasında iştirak edir.


Assambleyanın yekunlarına əsasən fövqəladə məsələ üzrə və daimi komitələrin mövzuları üzrə qətnamələr qəbul ediləcək. Bu mövzulara parlamentlərin effektiv postmünaqişə mexanizmlərinin yaradılmasında və ədalətli, dayanıqlı sülhün bərpasında, eləcə də ədalətli və dayanıqlı qlobal iqtisadiyyatın qurulmasında rolu daxildir.

Assambleya plenar debatların ümumi mövzusu üzrə yekun sənədin qəbulu ilə başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO