Tanınmış davul ifaçısı QƏZA TÖRƏTDİ

Tanınmış davul ifaçısı QƏZA TÖRƏTDİ

Hazırda oxunan: Tanınmış davul ifaçısı QƏZA TÖRƏTDİ

607000

Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Novosaratovka kəndində qeydə alınıb.

Məlumata əsasən, Aysel Xıdırova “Chevrolet” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə sürücünün köməkçisi və azyaşlı övladı da olub.

Hadisə nəticəsində Aysel Xıdırova yüngül xəsarət alıb. Hazırda onun müalicəsi ev şəraitində davam etdirilir.

Qeyd edək ki, Aysel Xıdırova el şənliklərində davul ifaçısı kimi iştirak edir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO