KİV: ABŞ-İran danışıqlarının ikinci raundu baş tutacaq

KİV: ABŞ-İran danışıqlarının ikinci raundu baş tutacaq

Hazırda oxunan: KİV: ABŞ-İran danışıqlarının ikinci raundu baş tutacaq
606734
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həm İran, həm də ABŞ tərəfinin sərt bəyanatlarına baxmayaraq, diplomatiya qapıları açıq qalır.

Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Qəzet həmçinin qeyd edib ki, region ölkələri gərginliyi cilovlamaq və gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmağa çalışır.

Bununla əlaqədar olaraq, Pakistanın "Arab News" nəşrinin jurnalisti diplomatik mənbələrə istinadən iddia edib ki, növbəti mərhələ üçün hazırlıq gedir və ABŞ-İran danışıqlarının yaxın günlərdə Pakistanın yardımı ilə ya İslamabadda, ya da Avropanın hər hansı başqa bir yerində bərpa olunacağı ehtimal edilir.

Xatırladaq ki, aprelin 11-də İslamabadda təşkil olunan tərəflər arasında danışıqların ilk raundu nəticəsiz yekunlaşıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO