"Mən niyə kitab oxuyuram" layihəsi BAŞLAYIR – 5 ay davam edəcək 

Hazırda oxunan: "Mən niyə kitab oxuyuram" layihəsi BAŞLAYIR – 5 ay davam edəcək 
0:00
0:00
60461
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi "Mən niyə kitab oxuyuram" adlı layihənin icrasına başlayıb. 

Bizim.Media xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.  

"Mən niyə kitab oxuyuram" layihəsinin icrası 2022-ci il fevral-may aylarını əhatə edəcək. Layihə çərçivəsində keçiriləcək tədbirlər Bakı şəhərini əhatə edir. Layihənin məqsədi əhali arasında oxu mədəniyyətinin artırılması, mütaliənin təşviq edilməsidir.  

Layihə çərçivəsində mütaliə imkanlarının daha da genişləndirilməsi üçün kitabın faydalarından bəhrələnmiş ziyalıların, tanınmış şəxslərin iştirakı ilə qısa video çarxlar hazırlanacaq.

Hazırlanmış çarxların sosial şəbəkələrdə paylaşılması və geniş yayılması təmin ediləcək. Video çarxların əsas hədəf kütləsi məktəblilər, yeniyetmə və gənclər, həmçinin bütün yaş qruplarına aid sosial şəbəkə istifadəçiləridir.  
Bundan başqa, sosial şəbəkələrdə #mənniyəkitaboxuyuram həştəqi də yaradılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO